AZ

Qaradağda SEPAH-ın öldürücü təsir dairəsi 250-300 metr olan partlayıcı qurğusu aşkarlanıb – DTX

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət TəhlükəsizliyiXidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslamRespublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindənAzərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların vəkəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısınıalıb.

Trend xəbər verir ki, BakınınQaradağ rayonunda yerləşən gəmiqayırma zavodunun yaxınlığında 1ədəd 1 280 qram çəkidə partlayıcı qurğu müəyyən edilib.

Həmin partlayıcının öldürücü qüvvəsinin təsir dairəsi 250-300metr məsəfadədir.

SEPAH-ın əlaqələndirici agenti kimi müəyyən edilmiş HafezTavassoli, Ağayeva Xədicə Zakir qızı ilə əlaqə yaradıb, qutunuözündə iki gün saxlamasını istəyib. Göndərilmiş koordinatdanbağlamanı təhvil alan Azərbaycan vətəndaşı sonrakı günlərdə həminqutunu Masazır qəsəbəsində gizli yerə qoyub.

X.Ağayeva 1 nəfərin motosikletlə yaxınlaşıb bağlamanıgötürdüyünü müşahidə etdikdən sonra H.Tavassoliyə bu barədə məlumatverib. X.Ağayeva partlayıcı maddəni Masazır qəsəbəsi ərazisindəəvvəlcədən razılaşdırılmış yerə qoyduqdan sonra Sajjad SheikhzadehMoghaddam Sati Sofli Evadın tapşırığı ilə Əhmədov Elvin Bəhruz oğlupartlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki həyətevinin ətrafında gizlədib.

Seçilən
25
9
az.trend.az

10Mənbələr