AZ

Bu ölkədə 3 uşağı olan ailələrə maşın alanda pul veriləcək

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyada üç və daha çox övladı olan ailələrin maliyyə yükünü azaltmaq üçün yeni təşəbbüs irəli sürülüb. Dövlət Dumasının deputatları və Federasiya Şurasının üzvləri tərəfindən hazırlanan qanun layihəsinə əsasən, bu ailələr avtomobil alarkən ödədikləri utilizasiya rüsumunu kompensasiya kimi geri ala bilərlər. Sənəd artıq baxılması üçün Nazirlər Kabinetinə təqdim edilib.Demokrat.az-ın məlumatına görə imtiyazın üç və daha çox övladı olan, onları böyüdən valideynlərə şamil olunması nəzərdə tutulur. Qaydalara görə, övladlar 18 yaşınadək, təhsil aldıqları təqdirdə isə 23 yaşınadək bu statusu qoruyacaqlar. Kompensasiyanın tam və ya qismən ödənilməsi mexanizmini isə hökumət müəyyən edəcək.Deputat Aleksey Kurinnıy bu addımı zərurət kimi qiymətləndirib. Onun sözlərinə görə, çoxuşaqlı ailələr üçün avtomobil dəbdəbə deyil, gündəlik ehtiyacdır. Uşaqların bağçaya, məktəbə, həkimə çatdırılması və böyük həcmdə ərzağın daşınması bu ailələr üçün avtomobilsiz demək olar ki, mümkün deyil.Qeyd edək ki, sözügedən təşəbbüs avtomobil bazarında çoxuşaqlı ailələrin fəallığını artıra bilər. Hazırda hökumətin bu təklifə verəcəyi reaksiya və mexanizmin detalları gözlənilir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
91
demokrat.az

1Mənbələr