AZ

Xərçəng kişilərdəsonsuzluğa səbəb ola bilərmi?


Kişilərdə sonsuzluğa səbəb olan sağlamlıq problemlərindən biri xərçəngdir. Xüsusilə də xayalarda olan şişlər sperma istehsalını tamamilə dayandıra və ya onu məhsuldarlığa təsir edəcək dərəcədə azalda bilər.



Medicina.az xəbər verir ki, bu, həm xəstəliyin özü, həm də müalicəsi ilə bağlı ola bilər.

1. Xərçəngin özü
Bəzi xərçəng növləri birbaşa sperma istehsalına və ya hormonlara təsir edə bilər. Məsələn:xayalarda olduğu üçün sperma istehsalını azalda və ya dayandıra bilər.
Postat vəzi spermanın bir hissəsini istehsal etdiyindən reproduktiv funksiyaya təsir edə bilər.



2. Müalicə səbəbi ilə
Xərçəng müalicəsi daha çox sonsuzluq riski yarada bilər:
• Kimyaterapiya – sperma hüceyrələrini zədələyə bilər.
• Radioterapiya – xaya nahiyəsinə yaxın verilərsə sperma istehsalını azalda bilər.
• Cərrahiyyə – bəzi əməliyyatlar reproduktiv sistemə təsir edə bilər.



Bu sonsuzluq qalıcı deyil.

• Bəzi kişilərdə müalicədən sonra sperma istehsalı yenidən bərpa olunur.
• Bəzilərində isə qalıcı ola bilər.
Müalicədən əvvəl nə edilir?
Bir çox hallarda həkimlər spermanın dondurulmasını (sperma bankı) tövsiyə edirlər ki, gələcəkdə uşaq sahibi olmaq mümkün olsun.

Aygün
Medicina.az



Seçilən
21
1
medicina.az

2Mənbələr