AZ

İran Avropa İttifaqını hədələdi: Müharibəyə qoşulsanız, qanuni hədəf olacaqsınız

Aİ müharibəyə qoşulmaq qərarına gələrsə, qanuni hədəf olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi məlumat yayıb.

İran rəsmisi bildirib ki, əgər Avropa İttifaqı (Aİ) İrana qarşı davam edən hərbi gərginliyə müdaxilə etmək və ya müharibəyə qoşulmaq qərarına gələrsə, o, İranın qanuni hədəfinə çevriləcək. Taxt-Ravançinin sözlərinə görə, Tehran artıq avropalıları və bütün digər tərəfləri ehtiyatlı olmağa və proseslərə cəlb olunmamağa çağırıb.

“Biz artıq avropalıları və digərlərini məlumatlandırmışıq ki, ehtiyatlı olsunlar və İrana qarşı bu təcavüzkar müharibəyə qarışmasınlar. Əgər onlar kömək etsələr — mən konkret ölkələrin adlarını çəkmək istəmirəm — lakin hər hansı bir ölkə ABŞ və İsrailin İrana qarşı təcavüzünə qoşulsa, o, şübhəsiz ki, İranın cavab tədbirləri üçün qanuni hədəfə çevriləcək”, – deyə nazir müavini vurğulayıb.

Bu bəyanat Yaxın Şərqdə hərbi əməliyyatların genişlənməsi fonunda Qərb ölkələrinə ünvanlanmış ən sərt xəbərdarlıqlardan biri kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
49
interpress.az

1Mənbələr