AZ

Gərgin dövrdür, kimə inanaq? AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Müharibə və ya gərgin siyasi proseslər zamanı informasiya mühiti daha həssas olur və sosial şəbəkələrdə yayılan xəbərlərin doğruluğunu müəyyən etmək çətinləşir. Belə dövrlərdə sürətlə yayılan təsdiqlənməmiş məlumatlar cəmiyyətdə çaşqınlıq yarada və dezinformasiyanın geniş yayılmasına səbəb ola bilər. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, adətən böhranlı və ekstremal vəziyyətlərdə, dolaşıq informasiyaların artdığı dövrlərdə cəmiyyətin doğru və dəqiq məlumatlandırılması ciddi problem kimi üzə çıxır. "Çünki burada söhbət təkcə peşəkar mediadan getmir, eyni zamanda insanların əsas informasiya mənbəyi olan sosial şəbəkələrdən də gedir. Təcrübə göstərir ki, belə məqamlarda sosial media istifadəçilərinin bir qrupu, müxtəlif profilli media qurumlarının bloqerləri və video bloqerlər hadisələrin sanki içindəymiş kimi davranaraq müxtəlif məzmunlu məlumatlar yayırlar. Bu isə ictimai fikrin çaşdırılmasına səbəb olur. Bundan əlavə, xüsusilə sosial şəbəkə məkanı kənar müdaxilələr nəticəsində yönləndirilə bilər, saxta informasiyaların sayı artır və məqsədyönlü şəkildə informasiyanın təhrifi sosial mediada sürətlə yayılır".Ekspertin sözlərinə görə, bu kimi halların qarşısını almaq üçün ilk növbədə cəmiyyətdə media savadlılığının artırılması vacibdir. "İnsanlar aldıqları informasiyanın xarakterini və hansı məqsədlə yayıldığını ayırd edə bilməlidirlər. Bununla yanaşı, vizual informasiya savadlılığı da böyük əhəmiyyət daşıyır. Yəni görüntüləri, videoları, şəkilləri və qrafik elementləri analiz edərək onların nə dərəcədə doğru və ya saxta olduğunu müəyyənləşdirmək lazımdır. Bu zaman manipulyasiya elementlərini və süni intellektin rolunu da ayırd etmək mümkün olur. Ən etibarlı mənbə rəsmi məlumatlardır. Mövcud şəraitdə rəsmi məlumatlar bəzən böyük auditoriyanı əhatə etməyə bilər, lakin onların mötəbər mənbələrdən yayıldığı nəzərə alınarsa, reallığı əks etdirmə ehtimalı daha yüksək olur. Bu səbəbdən belə məlumatlara üstünlük verilməsi vacibdir".Həmçinin oxu:

Dedikləri düz çıxan Çin 'Nostradamus'undan İranla bağlı gözlənilməz proqnoz

Çox adamın notbuklarda fikir vermədiyi işarə — 20 manata satırlar

Müharibəyə görə Çin maşınlarının istehsalı dayandırılır? — Bu şirkətlər bağlana bilərQeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr