AZ

İran müharibəsi Ermənistan iqtisadiyyatını məhvə aparır – İrəvanda həyəcan siqnalı

İran ətrafında gərginliyin artması Ermənistan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər.

Musavat.com xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan açıqlamasında bildirib.

Onun sözlərinə görə, mümkün hərbi eskalasiya ilk növbədə ticarət və logistika zəncirlərinin pozulmasına səbəb ola bilər. Bu isə Ermənistanın həm İrandan, həm də Fars körfəzi ölkələrindən idxal etdiyi bir sıra vacib məhsulların qiymətinin artmasına gətirib çıxara bilər.

Parsyan qeyd edib ki, ölkə üçün ən həssas məsələlərdən biri neft məhsullarının qiymətidir. Onun sözlərinə görə, hazırda bunun üçün birbaşa səbəb görünməsə də, qlobal bazarlardakı proseslər son nəticədə Ermənistana da təsir göstərə bilər.

İqtisadçı xatırladıb ki, Ermənistan benzin və dizel yanacağının əsas hissəsini Rusiyadan alır və bu, ümumi tədarükün təxminən 90 faizini təşkil edir. Lakin qlobal enerji bazarlarında qiymətlərin artması müəyyən mərhələdə Ermənistan bazarında da bahalaşmaya səbəb ola bilər.

O əlavə edib ki, regionda hərbi gərginliyin artması nəqliyyat marşrutlarının təhlükəsizliyi və idxal-ixrac əməliyyatları üçün əlavə risklər yaradır və bu da ölkənin iqtisadi sabitliyinə təsir edə bilər.

Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr