AZ

Dünya çempionu gedəcək, yoxsa qalacaq?

Antuan Qrizmannın yeni mövsümə “Atletiko”da başlamaya biləcəyi iddia edilir.

"Football-plus.az" xəbər verir ki, İspaniya kubunun idman direktoru Mateu Alemani təcrübəli futbolçunun mümkün gedişi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, bu iddiaların həqiqəti əks etdirmədiyini “bu, sadəcə, spekulyasiyadı. Antuanın bizimlə daha iki mövsümlük müqaviləsi var. O, qarşıdakı hədəflərə fokuslanıb və oyunu çox yüksək səviyyədədi. Əminik ki, Qrizmann gələcək uğurlarımızda bizə kömək edəcək. Qalanları isə yalnız ehtimallardı” deməklə vurğulayıb.

Fransalı dünya çempionu cari mövsümdə madridlilərin heyətində 36 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
137
1
football-plus.az

2Mənbələr