AZ

Yeni özəl pensiya fondlarının detalları AÇIQLANDIVİDEO

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, hazırda bununla bağlı qanun layihəsinin hazırlanma prosesi gedir. Və bu fondların yaradılması üçün 20-dənçox normativ hüquqi akt layihəsi hazırlanır.

Vüqar Bayramovun sözlərinə görə, vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

Deputat onu da qeyd edib ki, bir çox ölkələrdə pensiya yaşı tamam olmadan özəl pensiya fonduna yığılan vəsaitlərin bir hissəsini daha tez götürmək də mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
95
xezerxeber.az

1Mənbələr