AZ

ABŞ Ədliyyə Nazirliyindən sensasiya: Trampa qarşı 14 yaşlı qız...

ABŞ Ədliyyə Nazirliyi maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlərin yeni hissəsini açıqlayıb.

Musavat.com xəbər verir ki, açıqlanan Federal Təhqiqat Bürosu materiallarında adı açıqlanmayan bir qadının ifadəsi yer alır.

Həmin qadın bildirib ki, o, Epşteyn vasitəsilə ABŞ Prezidenti Donald Tramp ilə tanış olub. Onun sözlərinə görə, hadisə 1980-ci illərdə baş verib və həmin vaxt o, cəmi 14 yaşında olub.

İfadədə qeyd olunur ki, Trampın onu cinsi əlaqəyə məcbur etdiyi iddia edilir. Qadın bu barədə bir neçə dəfə dindirilib və istintaqa ifadə verib.

Lakin sənədlərdə vurğulanır ki, FTB tərəfindən aparılan araşdırma zamanı bu iddiaları təsdiqləyən hər hansı sübut aşkarlanmayıb. Bu səbəbdən hadisə ilə bağlı cinayət işi açılmayıb.

Materiallarda həmçinin bildirilir ki, qadının dindirilməsi 2019-cu ildə, Trampın prezident olduğu dövrdə həyata keçirilib.

Musavat.com

Seçilən
135
musavat.com

1Mənbələr