AZ

İran-Azərbaycan dövlət sərhədində qalan 400-dən artıq sürücüdən xəbər varVİDEO

Yüzlərlə yük maşını sıraya düzülüb gedişlərinin təmin olunmasını gözləyir...

Xezerxeber.az xəbər verir ki, ərzaqlarla dolu bu TIR-lar 2 həftədir İran-Azərbaycan sərhədində qalıb. Sürücülər bildirirlər ki, orada qaldıqları hər gün onlar üçün əlavə problemdir.

Sürücülərin sözlərinə görə, tonlarla məhsulun aqibətindən narahatdırlar. Nə sərhəddi keçə bilirlər, nə də maşınlarını yanacaqla təmin edə. Belə olan halda isə satış üçün apardıqları məhsul ünvana çatmadan məhv olacaq.

Sürücülərin sözlərinə görə, İran tərəfi onlara buraxılış üçün müəyyən şərtlərin olduğunu bildirib.

Aparılan danışıqlar nəticəsində axşam saatlarında yük maşınlarının keçidinə şərait yaradılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
133
xezerxeber.az

1Mənbələr