AZ

"Barselona" və "Real Madrid" retro formalarda oynamaqdan imtina etdilər

La Liqa rəhbərliyi apreldə “retro həftəsonu” təşkil edəcək.

90deqiqe.Az xəbər verir ki, aprelin 10–13-də keçiriləcək turun oyunlarında komandalar köhnə dizaynda hazırlanmış formalarla meydana çıxacaqlar. Qarşılaşmaları idarə edəcək hakimlər də retro üslubda geyimdən istifadə edəcəklər.

Liqa tərəfindən yayılan məlumatda bildirilib ki, təşəbbüsü birinci və ikinci divizionda çıxış edən 42 klubdan 38-i dəstəkləyib.

Bununla belə, "Barselona", "Real Madrid", "Xetafe" və "Rayo Valyekano" bu turda retro formalarda çıxış etməyəcəklər.

Qeyd edək ki, hazırda La Liqanın turnir cədvəlinə “Barselona” başçılıq edir. İkinci pillədə qərarlaşan “Real Madrid” liderdən dörd xal geri qalır.

Seçilən
73
90deqiqe.az

1Mənbələr