AZ

“Abituriyent sayının artması balların yüksəlməsinə səbəb ola bilər” – Məzahir Məmmədli

"Bu il ali məktəblərə qəbul üçün müraciət edən abituriyentlərin sayı son illərlə müqayisədə rekord səviyyədədir. Bunun bir neçə səbəbi var: dövlət sifariş yerlərinin sayının artırılması və 2026–2027-ci tədris ili üçün tələbə sayının 70–75 min nəfərə çatdırılması nəzərdə tutulub. Dövlət tərəfindən belə bir təşəbbüs olduğu üçün müraciət edənlərin sayı ötən illərlə müqayisədə 6–7 min nəfər çoxdur. Əlbəttə, qəbul imtahanlarının nəticələrindən sonra məlum olacaq ki, balların yüksəlməsi ehtimalı nə qədərdir. Amma bugünkü vəziyyət göstərir ki, qruplar üzrə balların artımı gözlənilir, çünki əlavə 6–7 min abituriyent müsahibəyə qoşulub".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, 2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizə qəbulu prosesi başa çatıb. Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanan statistikaya əsasən, bu il elektron ərizə ilə müraciət edən abituriyentlərin sayı ötən illərlə müqayisədə daha yüksəkdir. 2026‑cı il üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı 129 655 nəfər, kolleclərə müraciət edənlərin sayı isə 20 378 nəfərdir. Mütəxəssislər hesab edir ki, abituriyent sayının artması qəbul imtahanlarında rəqabətin güclənməsinə səbəb ola bilər.

Ekspert qeyd edib ki, bu, qəbul imtahanlarının nəticələrində abituriyentlər üçün yeni və çətin vəziyyət yarada bilər.

Seçilən
136
aznews.az

1Mənbələr