Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib.
"Far.Az" xəbər verir ki, Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç-Radman bu barədə "X"dəki hesabında yazıb.
"Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, o cümlədən onun hava limanına qarşı İranın pilotsuz uçuş aparatı ilə əsassız hücumlarını qətiyyətlə pisləyirik" , - o bildirib.
Nazir qeyd edib ki, bu hücum regional və qlobal təhlükəsizliyə təhdid yaradır:
"Biz İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək bu cür hərəkətlərə dərhal son qoymağa çağırırıq. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik".
We strongly condemn the unjustifiable Iranian drone attacks yesterday on Azerbaijan’s Nakhchivan Autonomous Republic, including its airport, which constitutes a threat to regional and global security. We call on Iran to immediately cease such actions which risk further regional…
— Gordan Grlić Radman (@grlicradman) March 6, 2026