AZ

Bakı-İğdır-Bakı reyslərinin yeni CƏDVƏLİ

Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb.

Bu barədə Bizim.Media-ya AZAL-dan bildirilib.

Cədvəldə göstərilən bütün saatlar yerli vaxt ilə təqdim edilib:



Uçuşa gəlmədən öncə aşağıda sadalanan mühüm məqamlara diqqət yetirilməlidir:

- sərnişinlər reysin başlama vaxtından minimum 1 saat 30 dəqiqə əvvəl hava limanında olmalıdırlar;

- üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqəsi olmalıdır.

Uçuş cədvəlində hər hansı dəyişiklik olarsa, sərnişinlərə bu barədə əlavə məlumat təqdim ediləcək.

Qeyd edək ki, Bakı-İğdır-Bakı marşrutu üzrə aviabiletləri AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə Naxçıvan istiqamətini seçməklə, həmçinin aviaşirkətin kassalarına müraciət etməklə almaq mümkündür.

Bizim.Media

Seçilən
63
2
bizim.media

10Mənbələr