AZ

İsrail onu da HƏDƏF ALDI

İranın ali liderinin ofisinin aparat rəhbərinin müavini Əli-Əsgər Hicazi İsrailin Tehrana endirdiyi hava zərbəsinin hədəfi olub.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” nəşrinin hərbi müxbiri Emanuel Fabian mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, daha əvvəl İsrail Müdafiə Ordusu (İDF) Tehrana endirilən zərbənin hədəfinin “İranın yüksək rütbəli komandirlərindən biri” olduğunu bildirmişdi.

Ordudan qeyd olunub ki, əməliyyatla bağlı əlavə təfərrüatlar daha sonra açıqlanacaq.

Musavat.com 

Seçilən
34
1
musavat.com

2Mənbələr