Bakı. Trend:
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin bp-yə verilməsi bp-nin qərarıdeyil, müqavilədə nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu bugün keçirilən brifinqdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyəüzrə regional prezidenti Cio Kristofoli bildirib.
"Bu, 30 il əvvəl imzalanmış müqavilədə nəzərdə tutulub. Bunagörə də, aydınlıq gətirmək istəyirəm: bp boru kəmərindən "imtinaetmək" qərarı vermir. Biz sadəcə 30 il əvvəl bağlanmış müqaviləninşərtlərini yerinə yetiririk.
Keçidin əməliyyat pozuntularına səbəb olmamasını təmin etməküçün dəyişikliklərin idarə olunması prosesimiz var. Məsələn,dəyişikliklərin idarə olunmasının bir hissəsi olaraq, əsaspodratçıları və onların təhvil vermə metodlarını nəzərə alırıq.Kritik texniki xidmət məlumatlarını və bir sıra digər elementləritəhlil edirik - bütün bunlar müvafiq qurumlara ötürüləcək. Lakinəvvəllər də dediyim kimi, bu, çox ciddi və hərtərəflidəyişikliklərin idarə olunması prosesi ilə tənzimlənir, çünki heçkim boru kəmərində pozuntular istəmir", - o bildirib.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında bp şirkəti Bakı-Supsavə Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin istismarının vaxtındatəhvil verilməsi üçün zəruri addımların planlaşdırılması məqsədiləmüvafiq orqanlarla müzakirələrin aparıldığını elan etmişdi.
Şirkət qeyd etmişdir ki, müvafiq boru kəmərlərinin idarəedilməsi müqavilələrinə əsasən, neft və qaz ixrac boru kəmərlərininistismarı bu müqavilələrdə göstərilən müddətlər ərzində müvafiqhökumətlərə və ya dövlət orqanlarına təhvil verilməlidir.
"Məhz bu müqavilələr əsasında 2021-ci ildə Cənubi Qafqaz BoruKəmərinin istismarı həm Azərbaycan, həm də Gürcüstanda SOCAR-atəhvil verilmişdir. Bu müqavilələr həmçinin əvvəlcədənrazılaşdırılmış müddətlər ərzində Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan(BTC) boru kəmərlərinin istismarının Azərbaycan, Gürcüstan vəTürkiyədəki müvafiq orqanlara təhvil verilməsini nəzərdə tutur.Hazırda bu məsələ ilə bağlı zəruri addımların vaxtındaplanlaşdırılması üçün müvafiq orqanlarla müzakirələr aparılır", -bp Azerbaijan bildirib.
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Azəri-Çıraq-Günəşli (AÇG)yatağından nefti və Şahdəniz yatağından kondensatı Azərbaycan,Gürcüstan və Türkiyə ərazisindən nəql edir. O, Xəzər dənizindəkiSəngəçal terminalını Türkiyənin Aralıq dənizindəki Ceyhan dənizterminalı ilə birləşdirir. Bu boru kəməri həmçinin Türkmənistan vəQazaxıstandan neft nəqlini davam etdirir. 2006-cı ilin iyun ayındaistismara verilən boru kəməri BP tərəfindən idarə olunanBakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Co.) tərəfindən inşaedilib. BTC Co.-nun səhmdarları: bp (30.10%), SOCAR (32.97%), MOL(8.90%), TPAO (6.53%), Eni (5.00%), TotalEnergies (5.00%), ITOCHU(3.40%), ONGC Videsh (3.10%), ExxonMobil (2.50%) və INPEX(2.50%).