AZ

ABŞ və İsrailin İran hücumlarında Sİ dən istifadəsi narahatlıqlar yaradıb

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ və İsrailin İran hücumlarında süni intellekt (Sİ) texnologiyasından istifadə etdiyi xəbər verilir.

Bizimyol.info xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən "Anthropic" şirkətinin “Claude” adlı Sİ modeli, böyük məlumatları sürətlə analiz edərək potensial hədəfləri müəyyən edə və hücum planlarını hazırlaya bilir.

Ekspertlər bildirir ki, Sİ hədəf təyinetmə proseslərini sürətləndirir, “öldürmə zənciri”ni qısaldır, amma bu mülki şəxslər üçün ciddi risklər yaradır. Toronto Universitetinin Beynəlxalq Hüquq professoru Heidi Matthevs qeyd edir ki, insan faktorunun azalması qanuni öhdəliklərin yerinə yetirilməsini çətinləşdirir və səhvlərə yol açır.

Matthevs həmçinin İranın Minab şəhərində qız məktəbinə edilən hücumda süni intellektin rol oynamış ola biləcəyindən narahatdır. Sİ-in yanlış hədəfləmə riski və səhv məlumat yayma potensialı, mülki itkiləri artırır və beynəlxalq hüquq baxımından ciddi suallar doğurur.

Uzmanlar bildirir ki, süni intellektin hərbi əməliyyatlarda sürətlə genişlənən istifadəsi, daha əhatəli siyasət və hüquqi tənzimləmələr tələb edir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
117
bizimyol.info

1Mənbələr