AZ

Aİ İranın Azərbaycana və regionun digər ölkələrinə hücumlarını pisləyir

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı (Aİ) İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumlarını qətiyyətlə pisləyərək, mülki infrastruktura zərbələri qəbuledilməz adlandırıb və münaqişənin Yaxın Şərqdən kənara çıxması riski ilə bağlı xəbərdarlıq edib.

Bunu Aİ-nin Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Ənvər əl-Ənuni Brüsseldə keçirilən brifinqdə "Report"un Avropa bürosunun sualına cavab verərkən bəyan edib.

"Biz İranın Fars körfəzi ölkələrinə, Türkiyəyə, eləcə də Azərbaycana hücumlarını pisləyirik", - o vurğulayıb.

Əl-Ənuni xatırladıb ki, Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, Avropa İttifaqının ölkə hökuməti və xalqı ilə tam həmrəyliyini bildirib.

"Azərbaycan ərazisinə və onun mülki infrastrukturuna PUA hücumları tamamilə qəbuledilməzdir. Onlar İranın növbəti eskalasiyasıdır və müharibənin Yaxın Şərqdən kənara çıxma ehtimalını artırır", - Aİ nümayəndəsi qeyd edib.

Öz növbəsində Aİ-nin xarici siyasət xidmətinin digər nümayəndəsi Anita Hipper vəziyyətin Bakı ilə İrəvan arasında sülh prosesinə mümkün təsirini şərh etməkdən imtina edib. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistandan keçən dəhlizin yaradılması bu prosesin mühüm tərkib hissəsidir. Bununla belə, o vurğulayıb ki, Avropa İttifaqı iki ölkə arasında münasibətlərin normallaşmasını dəstəkləməyə davam edir.

"Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyimizi aydın şəkildə ifadə etmişik və uzun illərdir hər iki tərəflə və beynəlxalq tərəfdaşlarla davamlı sülhə şəraitin yaradılması üzərində işləyirik", - o bəyan edib.

"Report" ilə qeyri-rəsmi söhbət zamanı Aİ-dəki mənbələr qeyd ediblər ki, İran ətrafındakı vəziyyət son dərəcə dinamik şəkildə inkişaf edir, buna görə də avropalı məmurlar şərh verməməyə çalışırlar.

"Həm rəsmi nümayəndələr, həm də yüksək vəzifəli məmurlar ətraflı şərh verməməyə çalışırlar. Lakin vəziyyət, xüsusilə də "qaynar nöqtə"nin bilavasitə yaxınlığında yerləşən Azərbaycanla bağlı narahatlıq olduqca yüksək olaraq qalır", - agentliyin həmsöhbəti bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
129
3
azpolitika.info

4Mənbələr