ain.az, Reyting.az saytına istinadən bildirir.
Müğənni Mehin Hümbətova yeni kover layihəsinə start verib.
Reyting.az-ın məlumatına görə, sənətçinin yutubda təqdim etdiyi ilk mahnı Xalq artisti Aygün Kazımovanın ikinci “best of” albomunda yer alacaq “Əcəb yaraşırıq” olub.
Layihə üçün kamera qarşısına keçən Mehin koveri rəsmi yutub kanalında paylaşıb. 2000-lərin hitlərindən olan mahnının sözlərini İsmayıl Dadaşov yazıb, musiqisi Cavanşir Quliyev bəstələyib.
Canlı ifalarla lentə alınan proyekt 6 hissədən ibarədir. Daha 5 mahnı isə yaxın həftələrdə təqdim olunacaq.
Qeyd edək ki, layihənin rəhbəri Hacı Nazim Məmmədovdur.(Olay.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.