Avropa Komissiyası Zelenskinin Orbanı təhdid etməsini pisləyib
Avropa Komissiyası Ukrayna prezidenti Volodimir Zelenskinin Macarıstanın baş naziri Viktor Orbana qarşı təhdidlərini qəbuledilməz adlandırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu açıqlamanı Avropa Komissiyasının sözçüsü Olof Gill verib. Onun sözlərinə görə, Brüssel Aİ ölkələri arasındakı münasibətlərdə bu cür ritorikaya qarşıdır.
“Avropa Komissiyası bu cür dilin qəbuledilməz olduğunu çox açıq şəkildə bildirir. Aİ üzv dövlətlərinə qarşı heç bir təhdid olmamalıdır. Bir daha təkrar edirəm ki, biz bu məsələni bütün tərəflərlə fəal şəkildə müzakirə edirik", - deyə Aİ sözçüsü Olof Gill bildirib.
Avropa Komissiyasının reaksiyasına Zelenskinin Ukrayna hərbçilərinə Orbanın ünvanını verəcəyi ilə hədələdiyi açıqlaması səbəb olub. Komik aktyor keçmişi olan prezidentin bu zarafatı Avropda ironik replika kimi yox, ciddi hədə kimi qarşılanıb.
Bu açıqlama təkcə Macarıstan rəsmiləri tərəfindən deyil, həm də Macarıstan müxalifəti tərəfindən tənqid olunub.
Musavat.com