AZ

Buraxılış imtahanlarında nə qədər şagird iştirak edəcək? - RƏSMİ

Bakı. Trend:

Bu il ölkə üzrə buraxılış imtahanlarında 276 mindən çox şagirdiştirak edəcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və TəhsilNazirliyindən məlumat verilib.

Bildirilir ki, 9-cu sinif üzrə buraxılış imtahanlarında 159mindən çox, 11-ci sinif üzrə buraxılış imtahanlarında isə 116mindən çox şagird iştirak edəcək.

"Bakı məktəblərindən isə 87 700-ə yaxın şagird buraxılışimtahanlarında iştirak edəcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, buraxılış imtahanları martın 9-da başlayır.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ikizona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Abşeron,Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərininimtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahangününə bölünüb. Peşə liseylərinin məzunları liseyin yerləşdiyişəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahanverirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərininməzunları martın 9-da imtahan verəcəklər).

15 mart 2026-cı il tarixində Naxçıvanda keçirilməli olan tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı isədəyişdirilib. Buraxılış imtahanı aprelin 19-da təşkil olunacaq.

Seçilən
112
1
az.trend.az

2Mənbələr