Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
BP "Qarabağ" neft yatağının işlənilməsi layihəsi çərçivəsində hasilatı sualtı quyular vasitəsilə həyata keçirəcək.
“APA-Economics” xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli media nümayəndələri ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, yataqda hasilatın aparılması üçün platforma tikilməyəcək, hasilatı yeraltı quyular vasitəli ilə keçiriləcək və məhsul "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda yerləşən mövcud platformaya yönəldiləcək.
Ciovanni Kristofoli onu da əlavə etdi ki, quyular "Dərinsuku Günəşli" platformasına sualtı infrastruktur vasitəsi ilə qoşulacaq.
Bununla yavaşı Ciovanni Kristofoli əlavə edib ki, layihə çərçivəsində sualtı infrastrukturun (kəmərlər - red.) dənizdə tikilməyəcək, onlar quruda montaj olunaraq dənizə tikiləcək xüsusi qurğu vasitəsi ilə dənizə sürüsdirələcək. Bu, tam yeni bir texnologiyadır və indiyədək ancaq Şimal Dənizində tətbiq olunub.
Regional prezident vurğuladı ki, qurğunun tikiləcək yer artıq seçilib və hazırda bu layihə aidiyyəti qurumlar ola razılaşdırma mərhələsindədir.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin iyun ayında BP “Qarabağ” neft yatağının işlənməsi üzrə mövcud Risk Xidməti Sazişinə (RXS) və “Əşrəfi – Dan Ulduzu – Aypara” (ADUA) sahəsinə aid hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşuldu. bp bu iki sazişin - RXS və HPBS, hər birində SOCAR-dan 35%-lik iştirak payı alaraq hər iki müqavilə üzrə operatordur. Bu sazişlər Xəzərdə mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirmək istiqamətində bp-nin SOCAR-la əməkdaşlığında yeni perspektivlər açır.
“Qarabağ” yatağında ilk addım olaraq dənizdibi sensor qovşaqlarla (OBN) tədqiqat daxil olmaqla seysmik tədqiqat proqramı həyata keçirilir. OBN tədqiqatının yataq haqqında bilgiləri artıracağı, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək edəcəyi gözlənilir. OBN tədqiqatı 2025-ci ilin dekabrında başlayıb və təqribən 3 ay yarım davam edəcək.
Bundan əlavə proqram çərçivəsində yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) tədqiqatın da aparılması nəzərdə tutulur. Bu tədqiqatda əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir. HR/UHR tədqiqatın 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulub.
“Qarabağ” yatağında seysmik tədqiqat proqramına aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin oktyabr ayında ictimaiyyətə açıqlanıb və sənədin yekun variantı dekabrda dövlət tərəfindən təsdiqlənib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.