AZ

Əmmaməli nakişilər və şərəfsizlər…

Dünyanın “qara yarası” kimi başqa xalqları incidən İran İslam Respublikası əslində İslamın bütün qaydalarını pozaraq onu gözdən salmağa yönəlmiş siyasət yeridir. Baxın, bu qudurğan rejim yolunu nə qədər azıbsa özünə yaxın və uzaq müsəlman ölkələrinə hücum edir. İranı mafiya qanunları ilə idarə edən fars-molla rejimi kimliyindən asılı olmayaraq ona diş qıcayır, müharibə ilə təhdid edir.

Törətdiyi cinayətlərə görə ABŞ və İsrail tərəfindən cəzalandırılan rejimin qoçusu səfeh SEPAH təşkilatı heç kəslə hesablaşmayaraq neytral Türkiyə və Azərbaycana hansı məqsədləsə dron hücumu təşkil edib. “Keçinin əcəli çatanda başını çobanın çomağına sürtər”-deyiblər. ABŞ və İsraildən yaxasını qurtara bilməyən molla rejimi ayətullah Xameneinin və bir neçə yüksək rütbəli şəxsin öldürülməsindən dərs almayaraq özü düşmənlərinin sayını artırmaqdadır. Təəccüblüdür ki, bu cür axmaq ağılla imperiyanı necə saxlayırlar? Əlbəttə, edamlarla, kütləvi qətllərlə, asmaqla, kəsməklə.

Müharibə başlamazdan xeyli əvvəl İran rəsmiləri bir-birinin ardınca Bakıya gələrək Azərbaycan rəhbərliyinin fikirlərini öyrənmək istəyirdilər: ABŞ və İsraillə müharibə başlasa Azərbaycan hansı mövqeyi tutacaq? Prezident İlham Əliyev və digər dövlət rəsmiləri bildirirdilər ki, İran narahat olmasın. Əgər müharibə olarsa Azərbaycan öz ərazisindən kiminsə İrana hücum etməsinə icazə verməyəcək. Müharibənin gedişində Azərbaycan öz sözünün üstündə dayandı. Bütün bunlara baxmayaraq dini  rəhbər Seyid Əli Xameneinin müşaviri, təhlükəsizlik şurasının katibi Əli Şamxani və digər ağzına gücü çatmayanlar yenə də Azərbaycana barmaq silkələyir, təhdid edir, çirkin təbliğat aparırdılar.

Prezident İlham Əliyev yeganə dövlət başçısıdır ki, Xameneinin ölümü ilə bağlı Bakıdakı İran səfirliyinə gedərək Xatirə kitabına ürək sözlərini yazdı və İran tərəfinə başsağlığı verdi. Ancaq nankorlar bu ehtirama necə insani münasibət göstərdilər? Azərbaycana qarşı çirkin təbliğat yenə də davam etdi və edir.

Hökumətin himayə etdiyi, ətrafa zəhər yayan “Səhər” televiziyası Azərbaycan əleyhinə xəbərləri ilə daha çox fərqlənir, daim ölkəmizə böhtan atır, murdar təbliğat aparır. Əslində biz onları ittiham etməliyik ki, bir xalqı ikiyə bölərək zəlalətə düçar edib. Azərbaycanlıların milli kimliyini aşındırmağı planlayan bu kütbeyinlər düşünmürlər ki, oradakı qırx milyon insana kimliyini unutdurmaq mümkün deyil və bir gün həmin milyonlar ayağa qalxıb hesab soracaqdır. Hələlik hərki-hərkinəlik hökm sürən ölkədə hər kəs dövlət başçısının başı üzərindən hökumətin adından danışır, mövqeyini hökm-fərma kimi irəli sürür. Türklərə və Azərbaycana nifrət aşılamaq isə “ağa”sından tutmuş “nökər”inədək fars-molla rejiminin bir nömrəli işidir.

Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın Naxçıvan ərazisinə dron hücumunu pisləyərək əmr verənləri sərt ifadələrlə tənqid edib. Dövlətimizin başçısı ölkəmizin müharibədə İrana göstərilən neytal münasibətin əvəzində Naxçıvana vurulan zərbəni nakişilik adlandıraraq şərəfsizlərin cavab verməsini, günahkarların cəzalandırılmasını və İran dövlətinin üzr istəməsini tələb edib. İran tərəfi hələlik heç bir münasibət bildirməyib. Görünür, “sudan quru çıxmaq üçün” variantları saf-çürük edirlər.

Türkiyə Xarici İşlər Nazirliyi də İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı bəyanat yayıb.  Nazirliyin bəyanatında Naxçıvana həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) ilə hücum qətiyyətlə pislənilib: "Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin zəruriliyini bir daha vurğulayırıq. Türkiyə bundan sonra da, həmişəki kimi, Azərbaycanın yanında olmağa davam edəcək", - deyə bildirilir.  Mətbuatın bildirdiyinə görə, bu xəbərdarlıqlardan dərhal sonra İran Azərbaycan sərhədlərinə yaxın yerlərə topladığı qoşunun bir hissəsini geri çəkib, bir hissəsini isə gözlə görünməmək üçün yeraltı bunkerlərdə yerləşdirib.

ABŞ, Pakistan, Gürcüstan, Çexiya, Fransa və digər ölkələr Naxçıvana edilən dron hücumunu pisləyiblər.

Kirli-pasaqlı mollaların qanmadıqları siyasət İran ətrafında düşmənlərin sayını artırmağa aparıb. Sivilizasiyadan uzaq düşmüş İran orta əsrlərə məxsus qaydalarla idarə olunur. Ona görə də bu gün yanında heç kim dayanmır. Dünyada ikinci belə dövlət yoxdur ki, qəbul etdiyi dini murdarlasın, insanların hüquqlarını əllərindən alsın, onlarla qolubağlı qullar kimi rəftar etsin və sifətlərini öz vətəndaşlarını qanı ilə boyasın. Allah şeytana lənət eləsin!

Vəli İlyasov, “İki sahil”

Seçilən
30
ikisahil.az

1Mənbələr