Bu gün AFFA İntizam Komitəsinin qərarları açıqlandı. Bir məsələ hazırda idman mediasının gündəmini zəbt edib: niyə “Qarabağ”ın məşqçi korpusuna ünvanlanan qeyri-etik jest edən Valerio Zuddas cəzalanmadı?
Bir sual da bizdən: niyə cəzalandırılsın ki? O hərəkətin qarşılığında cəzalanmalıydımı? Bəli, ən ağır cəzalardan birini almalıydı, amma almadı. Səbəb də odu ki, İntizam Komitəsi qərarları AFFA nümayəndəsinin və hakimlərin qeydlərinə əsasən verir. Valerio Zuddasa da qırmızı vərəqə göstərilməyib. Qırmızı vərəqə göstərilmədiyi halda, hansı maddəyə əsasən cəza verilsin?
Yəni üstünə gediləsi adamlar AFFA nümayəndəsi və hakimlərdi. Baş hakim Tural Qurbanov Zuddasa qırmızı vərəqə göstərməliydi ki, məşqçi də cəzalandırılsın.
Çempionatın 13-cü turunun “Şamaxı” - “Sumqayıt” oyununda Ayxan Abbasovla Saşa İliç qırmızı vərəqə aldı, etdikləri hərəkətin “çəkisinə” uyğun da cəzalar verildi.
16-cı turun “Qəbələ” - “Şamaxı” oyununda isə Kaxaber Sxadadze baş hakimi ağır təhqir etdiyi üçün sadəcə, sarı vərəqə ilə cəzalandırılmışdı, özü də vərəqənin motivi protokolda “hakimin qərarına etiraz” kimi yazılmışdı. Amma Sxadadzenin qeyri-etik ifadəsi AFFA nümayəndəsinin gözündən qaçmamışdı, buna görə də “Qəbələ”nin baş məşqçisi 4 oyunluq cəzalanşdı.
Əlqərəz, AFFA İntizam Komitəsinin yox, AFFA nümayəndəsi Emin Cəfərovla baş hakim Tural Qurbanov və ehtiyat hakim Əkbər Əhmədovun üstünə düşün. Ki, qərarlar məhz onların raportuna əsasən verilir.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta