AZ

İndoneziyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağan edilir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İndoneziya hökuməti 16 yaşdan kiçik uşaqların sosial media platformalarında hesab açmasını qadağan etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, İndoneziya Rabitə və Rəqəmsal İşlər Naziri Meutya Hafid, 16 yaşdan kiçik uşaqların "yüksək riskli rəqəmsal platformalarda" hesab açmasını qadağan edən hökumət qaydasını imzaladığını açıqladı.

Hafid bu platformalara "YouTube", "TikTok", "Facebook", "Instagram", "Threads", "X", "Bigo Live" və "Roblox" daxil olduğunu və tətbiqin tədricən 28 martda başlayacağını bildirdi.

Qadağanın məqsədi ilə bağlı Hafid: "Uşaqlarımız getdikcə real təhlükələrlə üzləşirlər. Onlar pornoqrafiya, kiberhücum, onlayn fırıldaqçılıq və ən əsası asılılığa məruz qalırlar", - deyə qeyd edib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
bizimyol.info

1Mənbələr