Çexiyanln İrandakı səfiri İran tərəfindən Azərbaycanın mülki obyektlərinin dron hücumuna məruz qalmasına münasibət bildirib.
APA-nın cənub bürosunun xəbərinə görə, bu gün Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə olunan səfir Vitezslav Grepl Azərbaycanın sülhpərvər ölkə olduğunu vurğulayb və baş verən hadisələrdən çox təəssüfləndiyini qeyd edib:
"Buna görə çox təəssüf edirəm. Əvvəllər Azərbaycanda olmuşam. Azərbaycan sülhsevər ölkədir. Belə bir hücumun baş verməsinə heç bir səbəb görmürəm. Buna görə həqiqətən çox üzgünəm".