AZ

Milli Məclisin Komissiyası İrandan Naxçıvana PUA hücumları ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşıKomissiyası Azərbaycan Respublikasının Naxçıvan MuxtarRespublikasına İran İslam Respublikası ərazisindən olunan PUAhücumlarına dair Bəyanat qəbul edib.

TrendBəyanatın tam mətnini təqdim edir:

“2026-cı il martın 5-də Naxçıvan Muxtar Respublikasına İranİslam Respublikasının ərazisindən partlayan döyüş başlığı ilətəchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyatakeçirilib.

PUA-lardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminalbinasını zədələyib, digəri isə Babək rayonunun Şəkərabad kəndindəorta məktəb binasının yaxınlığına düşüb. Hücumlar zamanı dörd nəfərmülki şəxsin xəsarət aldığı müəyyən edilib.

Muxtar Respublikanın yeganə beynəlxalq hava qapısı olan HavaLimanının və mülki infrastrukturun hədəfə alınmasını beynəlxalqhüququn norma və prinsiplərinin pozulması, dövlətimizin ərazibütövlüyü və suverenliyinə yönəlmiş qəsd və terror aktı kimiqiymətləndiririk.

Komissiya İran tərəfindən həyata keçirilən, özündə hərbi, siyasivə informasiya komponentlərini birləşdirən bu xain hərəkəti həm dəhibrid hücum əməliyyatı hesab edir. Eyni zamanda, Azərbaycanınsosial media seqmentində İranın bu fəaliyyətini dəstəkləyəninformasiya kampaniyasının aparıldığı və manipulyativ fikirlərinyayıldığı müşahidə olunur.

Bu hücumların vətəndaşlarımız arasında çaşqınlıq və qorxuyaratmaq, müvafiq dövlət qurumlarına olan etimadı sarsıtmaq,Azərbaycanın regional mövqeyinə və beynəlxalq nüfuzuna zərər vurmaqməqsədilə edildiyi şübhə doğurmur.

Azərbaycan tərəfi beynəlxalq hüquq çərçivəsində müvafiq cavabtədbirləri görmək hüququnu özündə saxlayır.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyavətəndaşlarımızı və xaricdə yaşayan soydaşlarımızı dövlətimizingücünə və rəsmi məlumatlara inanmağa çağırır”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanınapilotsuz uçuş aparatı ilə hücum edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texnikivasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlarhəyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuzuçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biriAzərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib,digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülkiinfrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb vəməktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.

Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanatyayaraq, İran İslam Respublikasından vəziyyəti dərhalaydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrintəkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlərgörməsini tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlərNazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.

Seçilən
110
29
az.trend.az

10Mənbələr