ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 6 mart, AZƏRTAC
İdman gimnastikası üzrə Dünya Kubokunda ikinci yarış günü yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında 30-dan artıq ölkənin qatıldığı turnirdə təsnifat mərhələsi başa çatıb.
Günün nəticələrinə əsasən, Azərbaycan təmsilçilərdən Aydın Əlizadə dayaqlı tullanma proqramında həlledici raundda iştirak hüququ qazanıb. Ötən gün Dəniz Əliyeva dayaqlı tullanma, Nikita Simonov isə halqalarla hərəkətlərin icrasında adlarını finala yazdırıblar.
Turnirin son iki günündə final çıxışları keçiriləcək. Yarışın ilk final mərhələsi isə martın 7-də baş tutacaq.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.