AZ

BP rəsmisi: Azərbaycandakı əməliyyatlarımızın etibarlılıq göstəricisi 99%-dir

BP şirkət fəaliyyətinin səmərəliliyini qiymətləndirmək üçün əməliyyat nəticələrini mütəmadi olaraq digər beynəlxalq şirkətlərlə müqayisə edir. Bunu BP şirkətinin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.

O, media üçün keçirilən brifinqdə qeyd edib ki, bu müqayisələr müstəqil beynəlxalq şirkət tərəfindən aparılır və nəticələr BP-nin Azərbaycandakı əməliyyatlarının yüksək səviyyədə olduğunu göstərir.

Birrellin sözlərinə görə, hesabatlara əsasən, BP-nin Azərbaycandakı əməliyyatlarının həcmi və səmərəliliyi qlobal enerji şirkətləri ilə müqayisədə ən yüksək göstəricilər sırasındadır.

“Bizim fasiləsiz fəaliyyət üzrə göstəricimiz 99% təşkil edir. Yəni obyektlərimiz 99 faiz hallarda dayanmadan və etibarlı şəkildə işləyir. Qalan 1%-lik hissənin də bərpası və daha da yaxşılaşdırılması üçün əməkdaşlarımız fasiləsiz çalışır”, –  BP rəsmisi vurğulayıb.

Gülnar Nazimqızı 

Seçilən
63
1
anews.az

2Mənbələr