AZ

AK Zelenskinin Orbana qarşı təhdidlərini qəbuledilməz adlandırıb

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa Komissiyası (AK) Ukrayna Prezidenti Volodimir Zelenskinin Macarıstanın Baş naziri Viktor Orbana qarşı təhdidlərini qəbuledilməz hesab edir. 

525.az xəbər verir ki, bu barədə AK-nın rəsmi nümayəndəsi Olof Jill deyib.

“Avropa Komissiyası bu tip bəyanatın qəbuledilməz olduğunu çox açıq şəkildə bildirir.  Aİ üzv dövlətlərinə qarşı heç bir təhdid olmamalıdır. Biz bu məsələni bütün tərəflərlə fəal şəkildə müzakirə edirik”, - o bildirib.

Xatırladaq ki, daha əvvəl Zelenski ad çəkmədən bəyan edib ki, Aİ-də bir nəfər Kiyevə 90 milyard avroluq krediti bloklamağa davam edərsə, həmin şəxsin ünvanını və telefon nömrəsini Ukrayna Silahlı Qüvvələrinə verəcəyik ki, onlar siyasətçi ilə "öz dillərində" ünsiyyət qura bilsinlər. 

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
525.az

1Mənbələr