Müğənni Nazim Pişiyari verilişlərdən şikayətlənib.
Publika.az xəbər verir ki, o, "Künc-bucaq" "Youtube" layihəsində proqramlara dəvət olunan qonaqları pisləyib. Pişiyari qeyd edib ki, özünə hörmət edən ifaçılar verilişlərə qatılmır:
"İndi efirə çıxan ifaçıların əksəriyyəti oxuya bilmir. Bəzən düşünürəm ki, niyə mən təpik döyüb peşəkarların yanına getmişəm? Orasını, burasını pudralayır, pul verib efirə çıxırlar. Pul getdi kanal rəhbərinin cibinə. Bəs mən tamaşaçının, xalqın nə günahı var ki, ona qulaq asır?