AZ

Rusiyanın “strateji məhsulu” kəskin bahalaşıb Araq neçəyədir?

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyada araq qiymətləri 2026-cı ilin ilk iki ayında kəskin şəkildə artıb. 1 yanvar - 2 mart tarixləri arasında bu spirtli içkinin 1 litrinin orta qiyməti 6,11% artaraq 897,33 rubldan 952,17 rubla çatıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının “Rosstat”-a istinadla yaydığı məlumata görə, bu, Ukraynada tammiqyaslı müharibənin başlanğıcından bəri rekord artımdır. Müqayisə üçün, araq qiymətləri 2022-ci ilin ilk iki ayında 2,09% (646,67 rubldan 660,19 rubla), 2023-cü ildə 1,26% (680,34 rubldan 688,92 rubla), 2024-cü ildə 2,18% (701,83 rubldan 717,11 rubla) və 2025-ci ildə 5,58% (778,56 rubldan 821,97 rubla) artmışdı.

Bu ilin əvvəlindən qiymət artımının səbəblərindən biri spirtli içkilərə tətbiq edilən aksiz vergisinin 11,35% artması olub. Keçən il eyni aksiz vergisi 10,61% artıb. Bundan əlavə, Maliyyə Nazirliyi 1 yanvar tarixində yarım litrlik araq şüşəsinin minimum pərakəndə satış qiymətini 349-dan 409 rubla qaldırıb.

Nəticədə rəsmi satışlar azalıb. Ekspertlər satışların azalmasını aksiz vergilərinin və minimum qiymətlərin artması ilə əlaqələndiriblər. Eyni zamanda, iddia olunur ki, rəsmi statistika gerçək mənzərəni əks etdirməyə bilər. Çünki spirtli içki istehsalı və satışı ilə bağlı “qara bazar” hələ də mövcuddur.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
106
azpolitika.info

1Mənbələr