AZ

Kreml Rusiya İran əməkdaşlığını şərh edib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskva, 6 mart, AZƏRTAC

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İranın xarici işlər naziri Abbas Araqçinin Rusiya və Çindən dəstək barədə açıqlamalarından sonra Moskva-Tehran əməkdaşlığı ilə bağlı şərh verib.

AZƏRTAC xəbər verir ki, jurnalistlərin Rusiyanın İrana hansı formada yardım göstərməsi ilə bağlı suallarını cavablandıran Peskov bildirib ki, Moskva İran rəhbərliyi ilə davamlı dialoq aparır. “Biz İran tərəfi ilə dialoqdayıq. İran rəhbərliyinin nümayəndələri ilə dialoq aparırıq. Bu dialoqu mütləq davam etdirəcəyik”, - deyə o, brifinqdə bildirib.

Rusiya və İran arasında hərbi əməkdaşlığa gəldikdə, Kremlin sözçüsü qeyd edib: “Bu mövzuda demək istədiklərimin hamısını bildirdim”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
3
azertag.az

4Mənbələr