AZ

Gürcüstanın işgüzar azərbaycanlı qadınları Marneulidə təcrübələrini paylaşıblar

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 6 mart, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Marneuli şəhərində Gürcüstanın işgüzar azərbaycanlı qadınları ilə növbəti görüş keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova tədbirin məqsədinin müxtəlif sahələrdə uğur qazanan xanımların fəaliyyətini işıqlandırmaq, onların nailiyyətlərini təqdim etmək və qarşılıqlı fikir mübadiləsi üçün platforma yaratmaq olduğunu bildirib.

Komitənin şöbə müdirinin müavini Şəfəq Binnətova çıxışında qurumun xaricdə yaşayan azərbaycanlıların, xüsusilə qadınların bir araya gəlməsinə və müxtəlif sahələrdə fəaliyyət göstərən soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasına göstərdiyi dəstəkdən danışıb.

Müxtəlif sahələrdə fəaliyyət göstərən xanımlar uğurlarından bəhs edib və göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
1
azertag.az

2Mənbələr