AZ

Həkimdən SƏRT XƏBƏRDARLIQ: Bu ətirlər xərçəng yaradır

Azərbaycanda son dövrlər qramla ətir satışı getdikcə daha geniş yayılır. Bu üsul istehlakçılara bahalı və məşhur brend ətirləri daha kiçik həcmdə və münasib qiymətə əldə etmək imkanı yaradır. Xüsusilə, böyük ticarət mərkəzləri və bazarlarda qramla satılan ətirlərə maraq artıb. Lakin bəzi mütəxəssislər belə məhsulların keyfiyyəti və tərkibi ilə bağlı sualların yarandığını bildirirlər. Bəs qramla satılan ətirlər sağlamlıq üçün təhlükə yarada, hətta xərçəng riskini artıra bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, son illərdə həm dünyada, həm də Azərbaycanda xərçəng xəstəliklərinin artması müşahidə olunur və bu baxımdan insanların istifadə etdiyi kosmetik məhsulların tərkibi xüsusi diqqət tələb edir.

CROSSMEDIA

Onun sözlərinə görə, hər hansı ətir alınarkən ilk növbədə məhsulun tərkibi, keyfiyyəti və son istifadə tarixi barədə dəqiq məlumat olmalıdır.

“Ətirin tərkibində spirt və müxtəlif kimyəvi maddələr olur. Bu maddələrin miqdarı nə qədər az olarsa, insan sağlamlığı üçün bir o qədər yaxşıdır. İnsan ətiri dərisinə vurduqda müəyyən kimyəvi reaksiyalar baş verir və bu da bəzi hallarda orqanizm üçün təhlükə yarada bilər”, – deyə həkim qeyd edib.

F.Museyibovun sözlərinə görə, keyfiyyətsiz və mənşəyi bilinməyən məhsullar xüsusilə təhlükəli hesab olunur.

“Həm də bəzi hallarda tərkibində çoxlu kimyəvi maddələr olan məhsulların istifadəsi digər orqanlara da mənfi təsir göstərə bilər. Buna görə ətir alarkən məhsulun tərkibinə, sertifikatına və hansı ölkədə istehsal olunduğuna diqqət yetirmək lazımdır. Yaxşı olar ki, insanlar daha çox nüfuzlu markaların məhsullarına üstünlük versinlər”, – deyə o, vurğulayıb.

Mütəxəssis vətəndaşlara mənşəyi və keyfiyyəti məlum olmayan, xüsusilə də ucuz qiymətə satılan ətirlərə qarşı ehtiyatlı olmağı tövsiyə edir.

Onun sözlərinə görə, belə məhsulların tərkibində kimyəvi maddələrin miqdarı daha çox olur və bu da sağlamlıq üçün risk yarada bilər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
22
1
konkret.az

2Mənbələr