Bakı. Trend:
Azərbaycanda bp bir çox göstəricilər üzrə sahənin ən yaxşışirkətləri sırasında yer alır.
Trend xəbər verirki, bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrəregional prezidenti Cio Kristofoli brifinqdə deyib.
“İcazə verin bir neçə misal çəkim. Birinci göstərici bizim“etibarlılıq” adlandırdığımız göstəricidir. Yəni bu, istehsalobyektinin il ərzində neçə gün işlək vəziyyətdə olmasını göstərir.Təbii ki, biz bu rəqəmin mümkün qədər yüksək olmasına çalışırıq”, -deyə o bildirib.
Kristofoli qeyd edib ki, bp, bir çox digər şirkətlər kimi,“bençmarkinq” adlandırılan prosesi həyata keçirir. Bu prosesşirkətin öz fəaliyyətinin effektivliyini sahədəki digər şirkətlərvə daha geniş bazarla müqayisə etməklə qiymətləndirməyi nəzərdətutur.
“Çünki əgər şirkətin nəticələri digər şirkətlərin göstəriciləriilə müqayisə olunmursa onun nə dərəcədə yaxşı fəaliyyətgöstərdiyini obyektiv şəkildə müəyyən etmək mümkün deyil.
Buna görə də bizdə çox formal bir proses mövcuddur: müstəqilşirkət qiymətləndirmə apararaq bizim effektivliyimizi dəqiq ölçürvə onu sahənin digər iştirakçılarının nəticələri ilə müqayisəedir”, - deyə o əlavə edib.