AZ

Azərbaycan və Belarus XİN rəhbərləri telefonla DANIŞIB

XİN-dən Ajans.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb. Nazir Ceyhun Bayramov Belarus həmkarını 5 mart tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
56
11
Ajans.az

10Mənbələr