AZ

Bu addım mənzillərin ucuzlaşmasına səbəb OLA BİLƏR

Son 20 ildə İpoteka Kredit Fondu təqribən 4 milyard manat vəsait ayırıb ki, bu da təqribən 60 min mənzilə təsir edir. Bu isə ümumi mənzil bazarının 600 min mənzil hesabına təxminən 10%-lik pay deməkdir və bazara müəyyən təsir göstərir.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc danışıb.

Onun sözlərinə görə, ipoteka kreditləri 2016-cı ildən başlayaraq pay etibarilə 4-5%-dən indiki 11-12%-ə yüksəlib.

"Müqayisə üçün, Qazaxıstanda bu göstərici 20%, Avropada isə 50% civarındadır. Bu baxımdan Azərbaycanda ipoteka bazarı hələ inkişaf mərhələsindədir və illik faizlərin aşağı salınması, kreditlərin əlçatanlığının artırılması vacibdir. Əlavə tədbir kimi, fondun resurslarını artırmaq üçün dövlət istiqrazları, pensiya fondu və beynəlxalq təşkilatlardan alınan vəsaitlər istifadə edilə bilər. Bu, daha çox mənzil satışına və bazarın canlanmasına şərait yaradacaq."

Sədr deyib ki, köhnə binalarda qiymət artımı 6-6,5%, yeni binalarda isə 10-10,5% civarında gözlənilirdi.

"Lakin cari vəziyyət bu faizlərin daha yüksək olacağını göstərir. Həmçinin daşınmaz əmlak bazarında təklif və tələb balansı dəyişə bilər. İpoteka kreditlərinin əlçatanlığı artarsa, bu, bazara müsbət təsir edəcək və satış prosesini sürətləndirəcək. Hazırda əhalinin artımı və mənzil tələbatı nəzərə alınaraq, yaxın illərdə təqribən 400 min yeni mənzilə ehtiyac olacaq. Bu isə illərə bölündükdə daşınmaz əmlak bazarının davamlı inkişafına imkan verəcək."

Elcan Turan
Day.Az

Seçilən
97
day.az

1Mənbələr