AZ

Rəsmi Bakı İranın dron hücumlarından sonra Azərbaycanın suverenliyinə açıq dəstəyi yüksək qiymətləndirir

İranın Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirdiyi dron hücumlarından sonra beynəlxalq tərəfdaşlardan daxil olan dəstək bəyanatları, məktublar və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

“Azərbaycanla göstərilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə bir daha təsdiqlənməsini yüksək qiymətləndiririk. Bu dövrdə Azərbaycanla həmrəy olduqları üçün bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk”, - məlumatda qeyd olunub.

Seçilən
91
6
apa.az

8Mənbələr