AZ

QHT sədrləri: Azərbaycanın suverenliyinə qarşı hücum qəbuledilməzdir

"Azərbaycan hətta uzun müddət münaqişə şəraitində olduğu Ermənistana qarşı belə, hər zaman sülhə və konstruktiv dialoqa sadiq mövqe nümayiş etdirən ölkə olub. Təəssüf ki, qonşu adlandırdığımız İrandan isə dəfələrlə müxtəlif növ siyasi hiylələrlə qarşılaşmışıq. Bu dəfə isə onlar tərəfindən açıq hücuma məruz qalmağımız bağışlanan deyil".

QHT.az xəbər verir ki, bu fikirləri “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə bildirib. Onun sözlərinə görə, Azərbaycanın siyasi gücü istənilən zaman bu əmələ görə haqq-hesab sormağa və cavab verməyə, eyni zamanda Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı indiyə qədər atılan haqsızlıqlara görə hazırdır.

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova isə bildirib ki, İran tərəfindən Naxçıvanın hava limanının dronlarla vurulması qəbuledilməz və təhlükəli addımdır. Mülki ərazilərin və insanların təhlükəsizliyinin hədəfə alınması heç bir halda qəbul edilə bilməz:

"Bu cür hərəkətlər regionda onsuz da həssas olan sabitliyi daha da gərginləşdirir. Dövlətlərin suverenliyinə və sərhədlərinə hörmət olunmalı, münaqişələr güc nümayişi ilə deyil, dialoq və qarşılıqlı hörmət yolu ilə həll edilməlidir. Ümid edirəm ki, bu kimi təhlükəli hadisələrə son qoyulacaq və regionda sülh və sabitlik qorunacaq".

Seçilən
103
qht.az

1Mənbələr