AZ

“Mançester Siti” Rodrinin əvəzləyicisini tapdı

“Mançester Siti” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson üçün hərəkətə keçib.

Msport.az xəbər verir ki, 23 yaşlı futbolçunun özü də kluba keçid etməyə maraq göstərir.

Klub rəhbərliyi Andersonu Rodri üçün uzunmüddətli əvəzləyici kimi nəzərdən keçirir. Lakin bu transfer cəhdləri birbaşa ispaniyalı ulduzun komandadan ayrılıb-ayrılmayacağından asılı olacaq.

Qeyd edək ki, gənc yarımmüdafiəçi cari mövsümdə Premyer Liqa və Avropa Liqası daxil olmaqla çıxdığı 37 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Seçilən
102
3
msport.az

4Mənbələr