AZ

Naxçıvanla İğdır arasında iki gün ərzində ümumilikdə 11 reys həyata keçirilib - RƏSMİ

Bakı.Trend:

Məlum olduğu kimi, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlarmüvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdanNaxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədiləBakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əksistiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildəhəyata keçirilir.

Belə ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əksistiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eynizamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri dəayrılıb.

İki gün ərzində ümumilikdə 11 reys həyata keçirilib, 450 nəfərNaxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Belə ki, martın 5-dəNaxçıvandan İğdıra 4 reyslə 162, İğdırdan Naxçıvana isə 3 reyslə 98nəfərin daşınması həyata keçirilib. Martın 6-da isə Naxçıvandanİğdıra 4 reyslə 190 nəfər daşınıb. Proses davam etdirilir.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
104
45
az.trend.az

10Mənbələr