AZ

Azərbaycan İrandan yüklərin girişini qadağan etdi: Qiymətlər artacaq?

Məlum olduğu kimi, İranın Naxçıvan Beynəlxalq Hava Limanına hücumundan sonra Azərbaycan Respublikasının Baş naziri İran sərhədindən yük maşınlarının ölkəyə girişini tam məhdudlaşdıran fərman imzalayıb. Bu qərarın Azərbaycan iqtisadiyyatına və istehlak bazarına ciddi təsiri olacaqmı? Regiondakı geosiyasi gərginliyin iqtisadi nəticələri necə hiss olunacaq?

Publika.az bu və ya digər suallarla iqtisadçı-ekspert Rəşad Həsənova müraciət etdi.

İqtisadçı bildirdi ki, ABŞ-İsrail-İran müharibəsinin Azərbaycan iqtisadiyyatına, o cümlədən istehlak bazarına qiymətlərə təsiri əvvəlcədən proqnozlaşdırılırdı. Lakin bu proqnozlaşdırmalar zamanı biz daha çox iqtisadi faktorları nəzərə alırdıq: İran daxilində istehsalat prosesinin pozulması, tədarük zəncirində fasilələrin yaranması, İran hökumətinin bir sıra zəruri məhsulların ixracına məhdudiyyətlər tətbiq etməsi və s. amillər.

Həsənov vurğuladı ki, son baş verən hadisələr fonunda yeni bir konyunktur ortaya çıxdı və həlledici amil burada siyasi faktordur.

O əlavə etdi ki, yük maşınlarının hərəkətinin dayandırılması artıq Azərbaycan bazarında İran mənşəli məhsulların təchizat zəncirinin pozulması və dolayısı ilə də ilkin olaraq psixoloji faktorların təsiri fonunda İran mənşəli məhsulların qiymətlərini ciddi şəkildə bahalaşması üçün bir mühit, bir konyunktur formalaşdırır.

Seçilən
38
publika.az

1Mənbələr