AFFA İntizam Komitəsi 2-ci Liqada qayda pozuntularına hüququ qiymət verib.
Fanat.Az-ın məlumatına görə, sözügedən çempionatın16-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Xankəndi” – “Araz Saatlı” oyununda “Araz Saatlı”da 5 nəfər sarı vərəqə aldığı üçün aran təmdilçisi 70 manat cərimə olunub.
“Ağstafa Gəncləri” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə meydan sahibi 100 manat ödəməli olacaq.
“Ağstafa Gəncləri” – “Göygöl” oyununun 90+2-ci dəqiqəsində qonaqların17 nömrəli futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, komandası 50 manat cərimələnib.
“Şəki Siti” – “Ağdaş” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şəki Siti” 200 manat xərcə düşəcək.
“Dinamo” – “Şirvan” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” 70 manat cərimə edilib. “Şirvan” da 4 futbolçusu sarı vərəqə vərəqə aldığı üçün klub 70 manatdan keçməlidir.