AZ

Levandovski: Futbolu Pep sayəsində fərqli anlamağa başladım

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Barselona" və Polşa millisinin üzvü Robert Levandovski Qvardiyola ilə "Bavariya"da keçirdiyi illəri xatırlayaraq, məşqçi ilə olan taktiki müzakirələrin karyerasına böyük təsir etdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "Sky Sports"a müsahibəsində danışıb:"Pep mənə topu cərimə meydançasına çatdırmağımda kömək edə biləcəyini, amma yaxın və ya uzaq dirəyə getməyim barədə məsləhət verən heç bir məşqçiyə qulaq asmamalı olduğumu söylədi. Pep sayəsində futbolu fərqli bir şəkildə anlamağa başladım – yalnız oyunçu kimi deyil, həm də məşqçi kimi".

Qeyd edək ki, polşalı forvard 2014-2022-ci illər aralığında "Bavariya"nın formasını geyinib. Futbolçu Almaniya nəhənginin heyətində 253 oyunda 238 dəfə fərqlənib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
sport24.az

1Mənbələr