AZ

Bu il 14 klinik protokol təsdiqlənib - Səhiyyə Nazirliyi

Bakı. Trend:

Səhiyyə Nazirliyi tərəfindən müxtəlif ixtisas sahələri üzrəklinik protokolların hazırlanması və təkmilləşdirilməsiistiqamətində işlər sistemli şəkildə davam etdirilir.

Bu barədə Trend-iə Səhiyyə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə2025-ci il ərzində 11 klinik protokol təsdiq edilib. Cari ilərzində isə nazirliyin əmri ilə əlavə olaraq 14 klinik protokoltəsdiq olunub.

Təsdiq edilmiş klinik protokolların bir qismi ölkə üzrə müvafiqsahələrdə ilk dəfə hazırlanaraq tətbiqə təqdim edilmiş sənədlərdir.Bu protokollar onkologiya, uşaq onkologiyası, stomatologiya,oftalmologiya, travmatologiya və diyetologiya sahələrini əhatəedir.
Hazırda, nazirlikdə üz-çənə cərrahiyyəsi, yardımçı reproduktivtexnologiyalar, mama-ginekologiya, travmatologiya,onko-hematologiya və stomatologiya sahələri üzrə yeni klinikprotokolların hazırlanması prosesi davam etdirilir.

Bununla yanaşı, əvvəlki illərdə hazırlanmış klinik protokollarınmüasir tibbi elmi nailiyyətlərə və beynəlxalq praktikayauyğunlaşdırılması məqsədilə onların yenilənməsi istiqamətində dəmüvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:
Seçilən
15
10
az.trend.az

10Mənbələr