AZ

Pezeşkian: “Geri çəkilməyəcəyik”

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkian bəzi ölkələrin vasitəçilik təşəbbüsünə başladığını bildirərək, vasitəçilik çağırışının ünvanının müharibə alovunu yandıran tərəflər olması lazım olduğunu deyib.

"Cebheinfo.az" xəbər verir ki, Pezeşkian mövzu ilə bağlı açıqlamanı “X” sosial media platformasındakı hesabında paylaşıb.

“Bəzi ölkələr vasitəçilik təşəbbüslərinə başlayıb. Onlara cavabımız açıqdır. Bölgədə davamlı sülhə sadiqik, lakin ölkəmizin şərəfini və suverenliyini müdafiə etməkdən də çəkinmirik. 

Vasitəçilərin müraciət etməli olduğu tərəf, İran xalqını kiçik hesab edərək müharibə alovunu yandıranlardır”, - deyə İran Prezidenti qeyd edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
1
cebheinfo.az

2Mənbələr