AZ

Azərbaycan İrandakı səfirliyini yenidən bərpa edə BİLƏR?

Bununla bağlı Ajans.az-a sabiq Xarici İşlər Naziri, siyasətçi Elmar Mammadyarov bildirib ki, münaqişə və təhlükəsizlik riskləri yaranan zaman bir çox ölkələr diplomatik nümayəndəliklərini müvəqqəti olaraq başqa ölkələrə köçürür. “Bu təbii məsələdir. Əgər təhlükəsizlik problemi varsa, belə qərarlar qəbul olunur. Belə hadisələr təkcə Azərbaycanda baş vermir. İtaliyanın səfirliyi də İrandan Azərbaycana köçürülüb və fəaliyyətini buradan davam etdirir”, – deyə o bildirib. Sabiq nazir xatırladıb ki, oxşar təcrübə əvvəllər də tətbiq olunub. Onun sözlərinə görə, Suriyada hadisələr başlayanda Azərbaycan diplomatik nümayəndəliyinin əməkdaşları Beyruta köçürülmüşdü. Liviyada müharibə başlayanda isə diplomatlar Tunis vasitəsilə təxliyə edilmişdi. Onun fikrincə, hazırkı qərar da məhz təhlükəsizlik amili ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. “Müharibə gedən ölkədə diplomatların təhlükəsizliyi əsas məsələdir. Müharibə bitəndən sonra bu prosesin bərpa olunması mümkündür. İran Azərbaycanın qonşu ölkəsidir ”, – deyə o əlavə edib.

 

Seçilən
125
Ajans.az

1Mənbələr