
Bəzi ölkələr Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün vasitəçilik səylərinə başlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib.
“Bəzi ölkələr vasitəçilik səylərinə başlayıb. Açıq deyək: biz regionda davamlı sülhə sadiqik, lakin eyni zamanda ölkəmizin ləyaqətini və suverenliyini qorumaqdan tərəddüd etməyəcəyik. Vasitəçilik İran xalqını qiymətləndirməyən və bu münaqişəni alovlandıranlara yönəlməlidir”, — deyə o, X platformasında yazıb.