AZ

Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər “Mənim səsim olun!”

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

İranın pilotsuz uçuş aparatlarının hədəfinə çevrilmiş Naxçıvanın Babək rayonunun Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayevanın sosial media paylaşımı gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan məktəblisi Quzeyli, Güneyli Azərbaycana,dünyada uşaqların ölümünə qarşı olan bütün insanlara üz tutaraq, İran tərəfindən törədilmiş bu cinayətə susmağa çağırış edib. 

“Biz - günahsız insanlar sizə neyləmişik, niyə hərbi hədəfiniz olmuşuq?”, - sualı verən məktəblinin “Mənim səsim olun!” çağırışı geniş rezonans yaradıb.

Azərbaycan QHT-ləri, ictimai fəallar bu videonu paylaşaraq, sosial mediada “Mənim səsim olun!” (#BeMyVoice) adlı kampaniyaya başlayıb və Azərbaycanın haqq səsini ucaldıblar. Azərbaycan QHT-ləri İrandan üzrxahlıq və cinayəti törədənlərin cəzalandırılmasını tələb ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
9
qafqazinfo.az

10Mənbələr